İyulun 1-dən Avropa Komissiyası nəzarətli şəkildə Aİ-dən kənar ölkələrə sərhədlərin açılmasına başlamaq istəyir. Üzv ölkələrin təmsil olunduğu Avropa Şurası həmin andan etibarən səyahətçilərin Aİ-yə gedə biləcəyi ölkələrin siyahısını tərtib etməlidir.